25 Sen 2026, C

Tramp hantavirusun araşdırılması ilə bağlı aktiv tədqiqatın aparıldığını açıqlayıb

PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hantavirus hazırda amerikalı mütəxəssislər tərəfindən fəal şəkildə öyrənilir.

Paraqraf.com-un məlumatına görə, o, bu barədə jurnalistlərlə söhbətində deyib.

“Gördüklərimizə görə, hər şey qaydasındadır. Bu (hantavirus – red.) asanlıqla ötürülmür”, – Tramp qeyd edib.

ABŞ lideri əlavə edib ki, virus uzun müddət oxşar infeksiyalarla işləmiş və onların xüsusiyyətlərini yaxşı bilən mütəxəssislər tərəfindən öyrənilir.

Onun sözlərinə görə, COVID-19 ilə müqayisədə hantavirusun insandan insana ötürülməsi daha çətindir.

 

Paraqraf.com 

Loading