Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Regionlarda gənclər arasında incəsənətin təbliği layihəsinə start verilib
CƏMİYYƏT

Regionlarda gənclər arasında incəsənətin təbliği layihəsinə start verilib

09 May 2026 2 Min Read
PAYLAŞIN:

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda gənclər arasında incəsənətin təbliği” layihəsinə start verilib. Layihənin icrasına 2026-cı il mayın 1-dən başlanılıb və proqram 3 ay müddətində davam edəcək.

Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərin incəsənətə marağının artırılması, yaradıcı potensiala malik gənclərin üzə çıxarılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin milli-mədəni dəyərlərin gənc nəslə aşılanmasıdır.

“İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Turanə Orucovanın sözlərinə görə, layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində görüşlər, maarifləndirici seminarlar, yaradıcılıq proqramları və digər mədəni tədbirlər təşkil olunacaq. Tədbirlərin əsas məqsədi gənclərin incəsənət sahəsində peşəkar istiqamətləndirilməsinə dəstək göstərmək və onların yaradıcılıq imkanlarını genişləndirməkdir.

Turanə Orucova bildirib ki, son illərdə Azərbaycanda mədəniyyət və incəsənətin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında milli irsin qorunması, mədəniyyətin təbliği, yaradıcı sənayenin inkişafı və gənclərin bu sahəyə cəlb olunması əsas istiqamətlər kimi müəyyən edilib. Bu istiqamətdə ölkə Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət və incəsənətin inkişafına dair mühüm fərman və sərəncamlar imzalanıb, yaradıcı insanların fəaliyyətinə xüsusi diqqət və dəstək göstərilib.

Qeyd olunub ki, “Regionlarda gənclər arasında incəsənətin təbliği” layihəsi də məhz həyata keçirilən dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır. Layihə çərçivəsində regionlarda yaşayan yaradıcı gənclərin bir araya gətirilməsi, onların potensial imkanlarının üzə çıxarılması və gələcək fəaliyyətlərinə dəstək göstərilməsi əsas hədəflər sırasındadır.

Layihənin növbəti mərhələlərində regionlardan seçilən yaradıcı gənclərin iştirakı ilə genişmiqyaslı festivalın keçirilməsi planlaşdırılır. Eyni zamanda gələcək perspektivdə Qarabağ bölgəsində mədəniyyət və incəsənət festivalının təşkili də nəzərdə tutulur. Bu təşəbbüs həm gənclərin yaradıcılıq imkanlarının inkişafına, həm də Azərbaycanın zəngin mədəni irsinin daha geniş şəkildə təbliğinə xidmət edəcək.

Layihə müddətində əldə olunacaq nəticələrin ölkənin müxtəlif bölgələrində yaşayan gənclərin incəsənətə marağının artmasına, yeni istedadların aşkara çıxmasına və ümumilikdə mədəni mühitin daha da zənginləşməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Turana Orucova (@turana.orucova.88) • Facebook

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

1945-ci Qələbəsində Azərbaycanın silinməz imzası

Next

İki xalqın qəhrəmanlıq simvolu – Albert Aqarunovun əbədiyaşar salnaməsi – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved