Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MÜSAHİBƏ/Röyal Əhmədov: “Müasir əmək bazarında işədüzəltmə xidmətləri yalnız vakansiya təqdim etməkdən ibarət deyil”
MÜSAHİBƏÖZƏL

Röyal Əhmədov: “Müasir əmək bazarında işədüzəltmə xidmətləri yalnız vakansiya təqdim etməkdən ibarət deyil”

06 İyun 2026 3 Min Read
PAYLAŞIN:

Qanunvericiliyə əsasən, işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, eləcə də Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işlə təmin olunmasında vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron reyestri nazirlik tərəfindən aparılır.

İnsan resursları üzrə menecer Röyal Əhmədov Paraqraf.com-a açıqlamasında bildirib ki, bu tələbin tətbiqi əmək bazarının tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Bu yanaşma ilk növbədə işaxtaran şəxslərin hüquqlarının qorunmasına, əmək bazarında şəffaflığın təmin olunmasına və qeyri-qanuni vasitəçilik hallarının minimuma endirilməsinə xidmət edir. Müasir əmək bazarında işədüzəltmə xidmətləri yalnız vakansiya təqdim etməkdən ibarət deyil. Bu xidmətlərə namizədlərin məlumatlarının toplanması, işəgötürənlərlə əlaqələndirilməsi, müsahibələrin təşkili, əmək müqavilələrinin bağlanması prosesinə dəstək və bəzi hallarda xarici ölkələrdə iş imkanlarının araşdırılması da daxildir.

Bu səbəbdən vasitəçilik fəaliyyəti göstərən subyektlərin hüquqi məsuliyyət daşıması xüsusi əhəmiyyət kəsb edir. Hüquqi şəxs statusuna malik təşkilatlar dövlət qeydiyyatından keçdiyi üçün onların fəaliyyətinə nəzarət etmək, zərurət yarandıqda məsuliyyətə cəlb etmək və vətəndaş müraciətlərini araşdırmaq daha asan olur. Əks halda, fərdi şəxslər və ya qeyri-rəsmi qruplar tərəfindən göstərilən vasitəçilik xidmətləri zamanı hüquq pozuntularında məsul tərəfin müəyyənləşdirilməsi və hüquqların bərpası çətinləşə bilər”.

R.Əhmədov əlavə edib ki, bu tənzimləmənin əsas üstünlüklərindən biri də əmək bazarında dələduzluq risklərinin azalmasıdır:

“Son illərdə həm Azərbaycanda, həm də digər ölkələrdə vətəndaşlara yüksək əməkhaqqı və ya xaricdə cəlbedici iş vəd edilərək müxtəlif məbləğlərdə vəsaitlərin alınması halları müşahidə olunur. Bir çox hallarda isə vəd edilən iş mövcud olmur və ya təqdim olunan şərtlər əvvəlcədən verilən məlumatlarla uyğun gəlmir.

Vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət olunması bu kimi halların qarşısının alınmasına mühüm töhfə verir. Elektron reyestrin mövcudluğu vətəndaşların daha məlumatlı qərar verməsinə imkan yaradır. İşaxtaran şəxslər əmək bazarında fəaliyyət göstərən vasitəçi şirkətin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyini əvvəlcədən yoxlaya bilirlər.

Bu isə həm vətəndaşların hüquqlarının qorunmasına, həm də bazarda sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradır. Qanuni fəaliyyət göstərən şirkətlərə etimad artır, qeyri-rəsmi fəaliyyət göstərən subyektlərin bazardan sıxışdırılması prosesi sürətlənir”.

Menecerin sözlərinə görə, xarici ölkələrdə işə düzəlmə məsələsində bu tələbin əhəmiyyəti daha böyükdür:

“Xaricdə işləmək istəyən vətəndaşlar əksər hallarda həmin ölkələrin əmək qanunvericiliyi, miqrasiya qaydaları və əmək bazarı barədə kifayət qədər məlumata malik olmurlar. Bu da onların saxta iş təklifləri, əmək istismarı, qeyri-qanuni məşğulluq və hətta insan alveri riskləri ilə üzləşmə ehtimalını artırır.

Hüquqi şəxslər vasitəsilə həyata keçirilən işədüzəltmə prosesi bu risklərin azaldılmasına və vətəndaşların əmək bazarına daha təhlükəsiz inteqrasiyasına xidmət edir. Eyni zamanda, vasitəçilik fəaliyyəti göstərən hüquqi şəxslərin mövcudluğu dövlətə əmək bazarı ilə bağlı statistik məlumatları daha dəqiq toplamaq imkanı verir.

Bu məlumatlar əsasında işsizlik səviyyəsi, peşələr üzrə tələbat, əmək bazarının inkişaf istiqamətləri və məşğulluq siyasətinin prioritetləri daha düzgün müəyyən edilir. Nəticədə həm dövlət, həm işəgötürənlər, həm də işaxtaran şəxslər üçün daha səmərəli əmək bazarı formalaşır”.

R.Əhmədov vurğulayıb ki, bu tənzimləmə sadəcə inzibati tələb kimi qiymətləndirilməməlidir:

“Bu, işaxtaran şəxslərin hüquqlarının müdafiəsinə yönəlmiş preventiv mexanizmdir. Məqsəd yalnız vasitəçilik fəaliyyətini məhdudlaşdırmaq deyil, həm də vətəndaşların təhlükəsiz, şəffaf və qanuni məşğulluq imkanlarına çıxışını təmin etməkdir. Bu baxımdan hüquqi şəxslərin reyestr əsasında fəaliyyət göstərməsi əmək bazarında etimadın möhkəmlənməsinə, vətəndaş məmnuniyyətinin yüksəlməsinə və məşğulluq xidmətlərinin keyfiyyətinin artırılmasına xidmət edən mühüm addım kimi dəyərləndirilməlidir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Səfir dostluq münasibətlərinə və kitaba görə təşəkkür etdi – Fotolar

Next

Taxıl marşrutu təhlükədə: Azovdan kritik siqnal

Copyright 2026— Praqraf.com. All rights reserved