Azərbaycan futbolunda uzun illərdir fəaliyyət göstərən Yaşar Seyidov idman ictimaiyyətinin tanınmış nümayəndələrindən biridir. Təxminən 30 ilə yaxın müddətdə futbol sahəsində çalışan Seyidov müxtəlif vəzifələrdə təmsil olunub, idarəçilik təcrübəsi qazanıb və ölkə futbolunun inkişafı ilə bağlı proseslərdə iştirak edib.
Yaşar Seyidovun futbol sahəsindəki fəaliyyəti yalnız klub idarəçiliyi ilə məhdudlaşmır. O, iki dəfə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvü seçilib. Bu, onun Azərbaycan futbolunun idarəçilik sistemində də təmsil olunduğunu göstərir.
Hazırda II Liqada mübarizə aparan “Dinamo” futbol klubunun prezidenti olan Yaşar Seyidov komandanın fəaliyyətinə rəhbərlik edir. Klubun inkişafı, rəqabətədavamlı komandanın formalaşdırılması və gələcək hədəflərin müəyyənləşdirilməsi onun rəhbərlik etdiyi əsas istiqamətlərdəndir.
“Dinamo”nun qarşısında duran əsas hədəflərdən biri daha yüksək liqada mübarizə aparmaq və gələcəkdə Azərbaycan futbolunun aparıcı klubları sırasında yer almaqdır. Bu baxımdan klubun idarəçilik strategiyası və uzunmüddətli inkişaf planları xüsusi əhəmiyyət daşıyır.
Yaşar Seyidovun uzun illərə söykənən futbol təcrübəsi, AFFA İcraiyyə Komitəsindəki fəaliyyəti və hazırda “Dinamo”ya rəhbərlik etməsi onun Azərbaycan futbolundakı fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Yaşar Seyidov 30 ildən artıqdır ki, ömrünü futbola həsr edib, neçə-neçə futbolçu yetişdirib. Belə insanların əməyini qiymətləndirmək və onlara dəstək olmaq bizim borcumuzdur.
Rayonlarda futbola, gənc futbolçulara və komandalarımıza daha çox dəstək göstərməliyik. Onların inkişaf etməsi, irəli getməsi və daha böyük uğurlara çatması üçün əlimizdən gələni əsirgəməməliyik.
Çünki bu gün illərini gənclərə və idmana həsr edən insanlar sabah bizi yeni qələbələrə aparacaqlar. Belə insanlardan biri də Yaşar Seyidovdur.
Əməyinizə və futbola verdiyiniz illərə hörmətlə!
Elçin Ağasıyev
Paraqraf.com
![]()

