Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Müasirlik, yoxsa ifrat azadlıq? Qadın geyimində sərhədlər haradan başlayır?
ÖZƏLCƏMİYYƏTMANŞET

Müasirlik, yoxsa ifrat azadlıq? Qadın geyimində sərhədlər haradan başlayır?

06 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

XX əsrin 60-cı illərində qadınlar ilk dəfə açıq geyimli xanım görəndə təəccüblənirdilər. Həmin geyimi geyinən qadınlara münasibətləri qəribə idi. Özlərinin belə geyimlər geyinə bilməyəcəklərini dilə gətirirdilər və açıq-saçıq geyinən xanımları tənqid edirdilər.

Lakin müasir dövrdə açıq-saçıq geyinənlərə münasibət fərqlidir: bir qrup insan bunu normal qarşılayır, digərləri isə yaxşı baxmır. “Qadın açıq geyinməz” deyənlər də var. Bu mövzu bəziləri üçün adi hal, digərləri üçün isə sensasiya doğuracaq bir problemdir.

Mövzu ilə bağlı sosioloq Mail Yaqub “Paraqraf.com”a açıqlamasında bildirib ki, açıq-saçıq geyinmək və əxlaqa zidd ifrat azadlıq anlayışı ötən əsrin 60-cı illərində Amerikada yaranan “Hippilər” hərəkatı ilə başlayıb:

“Tədricən bu fikir bütün dünyaya yayıldı. İfrat azadlıq və açıq-saçıq geyinmək qloballaşma və internetin təsiri ilə dünyaya sürətlə yayıldı. Lakin bu, bizim milli-mədəni dəyərlərimizə uyğun deyil. Bu, müasir “mədəniyyət”in gətirdiyi təsirdir. Bizim xanımlarımız açıq-saçıq geyinməklə müasir ola bilməzlər”.

Sosioloq əlavə edib ki, müasirlik açıq geyimlə deyil, savad, bilik və təhsillə ölçülür:

“Bir cəmiyyətin qadınları açıq-saçıq geyinə bilər, amma bu, həmin cəmiyyətin mütləq şəkildə inkişaf etmiş olduğu anlamına gəlmir. Əksinə, bəzi hallarda bu, təhsil və texnologiya baxımından geridə qalan cəmiyyətlərdə də müşahidə olunur. Bu səbəbdən açıq-saçıq geyim bu gün də bütün Azərbaycan xanımlarının seçimi deyil. Bəzi xanımlar öz milli və mədəni dəyərlərini qoruyub-saxlayırlar, digərləri isə Qərb mədəniyyətinin təsiri ilə bu geyim tərzini seçirlər. Lakin bu, ailə və milli mədəniyyətimizə uyğun gəlmir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

COP30 üçün Braziliyaya ezam olunan heyətin ezamiyyə xərclərinə əlavələr ödəniləcək

Next

“Bu, Amerika üçün böyük hadisədir”

Copyright 2026— Praqraf.com. All rights reserved