Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Təcili yardım xəstəni xəstəxanaya aparmadan imtina edə bilər? – RƏSMİ
CƏMİYYƏTSAĞLAMLIQ

Təcili yardım xəstəni xəstəxanaya aparmadan imtina edə bilər? – RƏSMİ

08 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Vətəndaşları maraqlandıran məsələlərdən biri təcili tibbi yardımın xəstəni xəstəxanaya aparmaqdan hansı hallarda imtina etməsi ilə bağlıdır. 

Bəzi vətəndaşlar düşünürlər ki, hər bir çağırış nəticəsində xəstə xəstəxanaya yerləşdirilməlidir. Amma elə məqamlar olur ki, təcili yardım briqadası müxtələif qərarlar verir.

Bəs təcili tibbi yardım xəstəni xəstəxanaya aparmaqdan imtina edə bilərmi? Bu hansı hallarda mümkündür? 

Mövzu ilə bağlı sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən( TƏBİB) bildirilib ki, bütün tibbi xidmətlər kimi, hospitalizasiya qərarı da yalnız tibbi göstərişə əsaslanır:

“Təcili tibbi yardım briqadası tibb müəssisəsindən kənarda müayinə və ilkin yardım göstərdiyi pasiyentin hospitalizasiyaya ehtiyac olub-olmaması barədə qərarı briqadanın həkimi (və ya feldşer briqadası olduqda – feldşeri) tərəfindən qəbul edilir. Hospitalizasiya pasiyentin, onun qohumunun və ya qəyyumunun şəxsi istəyi ilə həyata keçirilmir. 

Bununla yanaşı, pasiyent (və ya qəyyumu) hospitalizasiyadan imtina etmək hüququna malikdir. Belə halda, ona hospitalizasiyadan imtinanın mümkün tibbi nəticələri barədə ətraflı məlumat verilir və xüsusi “İmtina haqqında iltizamnamə” forması doldurularaq pasiyent (və ya qəyyumu) tərəfindən imzalanır”. 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sosial şəbəkələrin cəmiyyətə təsiri: informasiya bolluğu, yoxsa informasiya xaosu?

Next

Gömrük daxilolmaları niyə azalıb?

Copyright 2026— Praqraf.com. All rights reserved