Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Gömrük daxilolmaları niyə azalıb?
İQTİSADİYYAT

Gömrük daxilolmaları niyə azalıb?

08 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Maliyyə Nazirliyinin 2025-ci ilin 9 ayında dövlət büdcəsinin icrasına dair açıqladığı məlumatlardan biri də DGK xətti ilə dövlət büdcəsinə daxilolmalarının azalması ilə bağlıdır. 

Belə ki, bu ilin yanvar–sentyabr aylarında DGK xətti ilə büdcə daxilolmaları 4 milyard 748 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7%,  proqnozdan isə 1,6% azdır.

İqtisadçı Eldəniz Əmirov bildirib ki, azalmanın səbəbləri barədə DGK-ın hər hansı açıqlaması olmadığı üçün azalma ilə bağlı yalnız ehtimal olunan izahları qeyd etmək mümkündür:

“Ən çox ehtimal olunan səbəb kimi idxal həcmlərinin azalmasını qeyd etmək olar. Adətən iqtisadi inkişaf mərhələsindəki ölkələrdə idaxl azalırsa bunun səbəbi, qlobal bazarlarda qiymətlərin stabilləşməsi, yerli istehsalın artması və bəzi məhsullar üzrə idxal əvəzlənməsi olur”.

Onun fikrincə, İdxalın azalmasının digər səbəbi isə iqtisadi yox, inzibati faktorlarla bağlı olur:

“Məsələn, büdcə xərclərinə nəzarətin gücləndirilməsi məqsədilə inzibati tənzimləmələrlə əlaqələndirilə bilər.

Gömrük daxilolmalarının azalmasının nəzəri olaraq ikinci səbəbi manatın sabit məzənnəsi şərtləri daxilində ticarət strukturundakı dəyişikliklər ola bilər. Yəni idxalda dəyəri yüksək, amma gömrük rüsumu aşağı olan malların payı arta bilər.

Eyni zamanda, gömrükdə  güzəştlərinin geniş tətbiqi də nəzəri olaraq daxilolmaları azaldan səbəb kimi qeyd etmək olar. Bu güzəştlər xüsusilə işğaldan azad edilmiş ərazilər, azad iqtisadi zona və sənaye parkları çərçivəsində icra edilir.

Amma həm də bu azalma qısamüddətli tendensiya da ola bilər. Belə olarsa, ticarət dövriyyəsinin növbəti aylardakı dinamikası ilə göstəricilərin yenidən artması ehtimalı var”.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Təcili yardım xəstəni xəstəxanaya aparmadan imtina edə bilər? – RƏSMİ

Next

Putin Tacikistanda səfərdədir

Copyright 2026— Praqraf.com. All rights reserved