19 Okt 2026, Be

Zimbabvedə helikopter qəzası, tanınmış iş adamı həlak oldu

PAYLAŞIN:

Paytaxt Hararedən 70 km şərqdə, Marondera adlı ərazidə helikopter qəzaya uğrayıb.

Paraqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində ölkənin ən məşhur iş adamlarından biri olan Viknell Çivayo həlak olub.

Onunla birgə helikopterdə olan həyat yoldaşı Lüsi Muteke, 2 pilot və digər 2 sərnişin də qəzadan sağ çıxmayıblar.

Aviasiya rəsmilərinin ilkin araşdırmalarına görə, helikopterin quyruq hissəsi yerə çırpılıb. Zərbə üzündən yanacaq sızması baş verib və yanğın başlayıb. Ərazidəki yüksək rütubət və yağışın da qəzaya təsir etdiyi bildirilir.

Qeyd edək ki, Zimbabvedə daha çox Ser Uiknell kimi tanınan 43 yaşlı milyarder, energetika və tikinti sektorunda fəaliyyət göstərən “Intratrek Zimbabwe” şirkətinin rəhbəri idi.

Loading