19 Okt 2026, Be

Sumqayıtda minik avtomobili piyadanı vuraraq öldürüb

PAYLAŞIN:

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com-un məlumatına görə, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1963-cü il təvəllüdlü Əsgərov Yaşar Təvəkkül oğlu idarə etdiyi “Kia Sorento” markalı avtomobillə piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading