19 Okt 2026, Be

İcra Hakimiyyəti: Goranboyda sursat anbarında yanğından sonra sakinlərin evlərinə ziyan dəyməyib

PAYLAŞIN:

Gecə saatlarında Goranboy rayonunda sursat anbarında baş verən yanğından sonra sakinlərin evlərinə hər hansı ziyan dəyməyib.

Paraqraf.com xəbər verir ki, bunu Goranboy rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yanğın hazırda davam edir:

“Müəyyən partlayış səsləri də eşidilir. Əlavə məlumat olarsa, bu barədə ictimaiyyətə bildiriləcək”.

 

Paraqraf.com 

Loading