Psixoloq Kəmalə Əliyeva dünya təhsil konqresində Azərbaycanı təmsil etdi – (Foto)
Psixoloq Kəmalə Əliyeva beynəlxalq konfransda ölkəmizi təmsil edib.
Paraqraf.com xəbər verir ki, tanınmış psixoloq Cambridge University Churchill College də keçirilən 13. Dünya Təhsil Konqresində ( 13.th WEC) Autizm Spektr Pozuntusu olan uşaqlara “Oxu bacarıqların eyniləşdirmə üsulu ilə öyrədilməsi” adlı metodunu təqdim edərək ölkəmizi təmsil edib.
Xəzər Universitetinin müəllimi, “Uğur” Psixologiya Mərkəzinin təsisçisi olan Kəmlə Əliyeva bu günə qədər bir çox beynəlxalq konfranslarda ölkəmizi təmsil edib.
Qeyd edək ki, ondan çox elmi məqaləsi çap edilən psixoloq Avropa ölkələrində və Türkiyədə bir çox təlim proqramları keçib.
![]()