Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Vərəm xəstəliklərinin profilaktikası istiqamətində maarifləndirmə tədbiri keçirilib
CƏMİYYƏT

Vərəm xəstəliklərinin profilaktikası istiqamətində maarifləndirmə tədbiri keçirilib

26 Avqust 2026
PAYLAŞIN:

“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyi tərəfindən əhali arasında vərəm xəstəliklərinin profilaktikası ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi əhali arasında vərəm xəstəliklərinin profilaktikası ilə bağlı məlumatlılığın artırılması, sağlamlığın qorunması istiqamətində düzgün davranışların təşviq edilməsi və xəstəliklərin vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti barədə ictimaiyyətin maarifləndirilməsidir.

Tədbir çərçivəsində iştirakçılara vərəmdən qorunma yolları, profilaktik tədbirlərin əhəmiyyəti, sağlam həyat tərzinin qorunması və hər hansı şübhəli hal zamanı vaxtında tibbi müayinədən keçməyin vacibliyi barədə məlumatlar çatdırılıb. Eyni zamanda, əhali arasında səhiyyə məsələləri ilə bağlı maarifləndirmə işlərinin davamlı aparılmasının vacibliyi diqqətə çatdırılıb.

“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyinin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər əhalinin sağlamlığının qorunmasına, tibbi maarifləndirmənin gücləndirilməsinə və profilaktik tədbirlərə ictimai marağın artırılmasına xidmət edir. Birlik sağlamlıq və səhiyyə sahəsində maarifləndirici təşəbbüslərin həyata keçirilməsini, insanların sağlamlıqları ilə bağlı düzgün məlumatlandırılmasını və cəmiyyətdə sağlam həyat tərzinin təşviqini fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir.

Birliyin rəhbəri Taryel Həsənovun rəhbərliyi ilə həyata keçirilən bu cür maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi, əhali arasında səhiyyə və sağlamlıqla bağlı məlumatlılığın daha da artırılması nəzərdə tutulur.

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

TƏCİLİ: Kremldən Köçəryanın həbsinə REAKSİYA

Next

“Yaxşı müəllim ilk növbədə şagirdini sevməlidir” – Fəal müəllimlə müsahibə

Copyright 2026— Praqraf.com. All rights reserved