Zelenski Permdə neft emalı zavodu və hərbi aerodromun vurulduğunu açıqlayıb
Ukrayna qüvvələri avqustun 21-nə keçən gecə Permdəki neft emalı zavoduna (NEZ) və Rusiyanın Volqoqrad vilayətindəki “Marinovka” hərbi aerodromuna zərbələr endirib.
Paraqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında bildirib.
Onun sözlərinə görə, Permdəki NEZ Ukrayna sərhədindən 1600 km-dən uzaq məsafədə vurulub. Həmçinin, prezidentin açıqlamasına görə, Qara dəniz akvatoriyasında zərbələr qeydə alınıb.
Zelenski əvvəlki hücumların təsdiqlənmiş nəticələri barədə də məlumat verib. Xüsusən, “Axtubinsk” aerodromunda Rusiyanın “Su-34” təyyarəsi zədələnib. Onun sözlərinə görə, obyekt cəbhə xəttindən təxminən 600 km məsafədə yerləşir.
Bundan əlavə, cəbhə xəttindən təxminən 180 km aralıda yerləşən Primorsko-Axtarskda Ukrayna qüvvələri Rusiya qoşunlarının Ukraynaya hücum etmək üçün istifadə etdiyi zərbə pilotsuz uçuş aparatlarının saxlanıldığı, hazırlandığı və buraxıldığı yeri vurub.
Paraqraf.com
![]()