Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Gürcüstanda 1,5 milyon lari dəyərində narkotik müsadirə edilib
DÜNYA

Gürcüstanda 1,5 milyon lari dəyərində narkotik müsadirə edilib

21 Avqust 2026
PAYLAŞIN:

Gürcüstanda 1,5 milyon lari (576 min ABŞ dolları) dəyərində narkotik müsadirə edilib.

Paraqraf.com xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı külli miqdarda narkotik maddənin ölkə ərazisində yayılmasının qarşısını alıb.

DİN-in məlumatına görə, polis əməkdaşları dörd kiloqrama qədər “Alfa-PVP” narkotik maddəsi müsadirə edib. Narkotik vasitələrin qara bazardakı ümumi dəyərinin təxminən 1,5 milyon lari olduğu bildirilir.

Əməliyyat çərçivəsində xarici ölkə vətəndaşı saxlanılıb. İstintaqın məlumatına görə, həmin şəxs xaricdən gizli şəkildə Gürcüstana göndərilən narkotik maddəni qəbul edərək satmağı planlaşdırıb.

Hüquq-mühafizə orqanları narkotik vasitələrin Gürcüstanın regionlarından birinə göndərilməsindən sonra bağlamanın alıcısına nəzarətli şəkildə çatdırılmasını təmin edib. Saxlanılan şəxs bağlamanı Tbilisidəki dayanacaqdan götürdükdən sonra şəhəri tərk etməyə çalışıb.

Polis onu Tbilisidən çıxışda avtomobil idarə edərkən saxlayıb. Avtomobilə baxış zamanı narkotik vasitələrin olduğu bağlama və onların qablaşdırılması üçün nəzərdə tutulan materiallar aşkarlanaraq müsadirə edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və satışına cəhdlə bağlı maddələri üzrə istintaq aparılır.

DİN bildirir ki, təqsirləndirilən şəxsi 20 ilədək və ya ömürlük həbs cəzası gözləyə bilər.

 

Paraqraf.com 

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Zelenski Permdə neft emalı zavodu və hərbi aerodromun vurulduğunu açıqlayıb

Next

Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Copyright 2026— Praqraf.com. All rights reserved