Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/CHP-dən prezidentliyə namizəd o olacaq
DÜNYAMANŞET

CHP-dən prezidentliyə namizəd o olacaq

11 İyul 2026 1 Min Read
PAYLAŞIN:

Məhkəmənin “mütləq etibarsız” qərarından sonra Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) daxilində siyasi böhranı davam etsə də, CHP-nin Manisa millət vəkili Özgür Özel və komandasının yeni bir partiya quracağı iddiası gündəmdə qalır.

Paraqraf.com xəbər verir ki, ümumi sədrliyə qayıdan Kamal Kılıçdaroğlu partiya daxilində təmizləmə işlərini davam etdirir.

Ən son olaraq, dünən keçirilən CHP Mərkəzi İcraiyyə Komitəsinin iclasında 7 vilayət sədri vəzifəsindən azad edilib, 15 vilayət sədri vəzifəsinə isə yeni təyinatlar edilib.

Siyasi dairələrdə gündəmə gələn “Kılıçdaroğlu Özeli vəzifədən azad edəcək” iddiasından sonra indi “Prezidentliyə namizəd kim olacaq?” sualı gündəmdədir.

Türkiyə Mətbuat Federasiyasının prezidenti və “Millət” agentliyinin baş redaktoru Sinan Burhan mövzu ilə bağlı “tv100”-ə iddialı açıqlamalar verib.

Burhan Mersin Böyük Şəhər Bələdiyyəsinin sədri Vahap Seçerə işarə edərək Seçerin prezidentliyə namizəd olmasını istəyən bələdiyyə sədrlərinin olduğunu bildirib:

“Bələdiyyə başçıları arasında məsləhətləşmələr aparılır. Mersin Böyük Şəhər Bələdiyyəsinin sədri Vahap Seçerin prezidentliyə namizəd olmasını istəyən bələdiyyə başçıları var.

Bir çox bələdiyyə başçıları deyirlər ki, əgər Mansur Yavaş 60 faiz səs alarsa, o zaman Vahap Seçer də ala bilər. Məhz bələdiyyə başçıları Vahap Seçerə CHP-də qal, CHP-nin prezidentliyə namizədi ol deyirlər”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

”Arzum”un anası Amalın ailəsi ilə görüşmək istədi, amma qəbul edilmədi

Next

Rusiya üçün sonun başlanğıcı: Ukrayna Kremlin “savaş iqtisadiyyatı”nı dağıdır

Copyright 2026— Praqraf.com. All rights reserved