Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/”Arzum”un anası Amalın ailəsi ilə görüşmək istədi, amma qəbul edilmədi
HADİSƏ

”Arzum”un anası Amalın ailəsi ilə görüşmək istədi, amma qəbul edilmədi

11 İyul 2026 1 Min Read
PAYLAŞIN:

“Arzum999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın anası, qəzada dünyasını dəyişən Amalın ailəsi ilə görüşmək məqsədilə Bakıya səfər edib. Lakin iddialara görə, qarşı tərəf bu görüşü qəbul etməyib.

Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı Arzumun yaxın çevrəsindən olan şəxslərdən biri sosial şəbəkədə paylaşaraq ictimaiyyətə çatdırıb. Mənbənin sözlərinə əsasən, planlaşdırılan görüş baş tutmayıb.

Qarşı tərəf heç bir halda barışıq olmayacağını bildirərək, onlara bu mövzuda kiminsə müraciət etməsini istəmədiklərini açıqlayıb. Lakin “Arzum999” ləqəbli tiktokerin anası Sevinc xanım hələ də Bakıda olduğunu və barışıq üçün gözləyəcəyini deyib.

Qeyd edək ki, uzun müddətdir məhkəmə prosesi davam edən və bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirkar bilinən tiktoker “Arzum999” (İlduzə Hacıyeva) məhkəmənin qərarı ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Mərhumun ailəsinin cəzanın daha da ağırlaşdırılması üçün yenidən apellyasiya məhkəməsinə müraciət etdiyi bildirilir.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Türkiyənin “S-400”-ü satmasına Kremldən reaksiya

Next

CHP-dən prezidentliyə namizəd o olacaq

Copyright 2026— Praqraf.com. All rights reserved