Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Görünməmiş təhlükəsizlik tədbirləri: Bir oyuna 7,5 min polis nəzarət edəcək
İDMAN

Görünməmiş təhlükəsizlik tədbirləri: Bir oyuna 7,5 min polis nəzarət edəcək

05 İyul 2026 1 Min Read
PAYLAŞIN:

İngiltərə və Meksika arasında keçiriləcək 2026-cı il Dünya Kubokunun 1/8 final mərhələsi matçından əvvəl Mexiko şəhərində İngiltərənin oyunları üçün indiyə qədər ən böyük təhlükəsizlik əməliyyatına başlanacaq.

Paraqraf.com “The Telegraph”a istinadən xəbər verir ki, polis oyunun keçiriləcəyi “Azteca” stadionunu qorumaq üçün 7500 polis əməkdaşı yerləşdirəcək və beləliklə, hər on azarkeşə bir polis əməkdaşı düşəcək.

Mexiko şəhər hakimiyyəti bu tədbirləri ötən həftə Ekvador üzərində qələbənin qeyd edilməsi zamanı baş verən izdihamda dörd nəfərin ölümündən sonra planlaşdırıb. Azarkeşlərə oyunun başlamasından bir neçə saat əvvəl gəlmələri barədə xəbərdarlıq edilib. Həmçinin onlara oyundan sonra meksikalıların ənənəvi olaraq futbol qələbələrini qeyd etmək üçün toplaşdıqları şəhər ərazisindən çəkinmələri tövsiyə olunur.

“The Telegraph” qeyd edir ki, bir çox İngiltərə azarkeşi şəhərdə gəzərkən milli komanda formalarını geyinməməyi seçib. Nəşrin yazdığına görə, bir neçə radikal qrup əvvəlcədən Britaniyanın “müstəmləkə keçmişi” və Qəzza zolağına münasibətinə görə qisas almaq məqsədilə Britaniya azarkeşlərini pusquya salmaqla hədələyib. Bundan əlavə, polis oyuna daxili tələbat pik həddə çatdığı üçün bileti olmayan meksikalı azarkeşlərin stadiona hücum edəcəyindən qorxur.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb

Next

Xərçəngi üçün yeni terapiya təsdiqləndi: Sağ qalma nisbəti 78%-ə yüksəldi

Copyright 2026— Praqraf.com. All rights reserved