Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində Məzun Günü yüksək əhval-ruhiyyə ilə qeyd olundu
CƏMİYYƏTMANŞET

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində Məzun Günü yüksək əhval-ruhiyyə ilə qeyd olundu

02 İyul 2026 3 Min Read
PAYLAŞIN:

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində 30 iyun tarixində keçirilən Məzun Günü tədbiri yaddaqalan və duyğusal anlarla yadda qaldı. Bu özəl gündə hər bir məzunun sevinc və həyəcanı üzlərindən aydın hiss olunurdu.

Məzunlar tədbir boyunca hazırladıqları maraqlı çıxışlar, səhnəciklər və yaradıcı nömrələrlə iştirakçılara unudulmaz anlar yaşatdılar. Səhnədə nümayiş etdirdikləri bacarıq, özgüvən və istedad hər kəs tərəfindən böyük maraq və alqışla qarşılandı.

Son illərdə Azərbaycanda peşə təhsilinin inkişafının təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Fərmanına əsasən, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış və onun Əsasnaməsi təsdiq edilmişdir. Agentlik ölkədə peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini və əlaqələndirilməsini, həmçinin Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilini təmin edir. Agentliyin yaradılması peşə təhsilinin inkişaf etdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli, 995 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı təsdiq edilmişdir.

Xaçmaz Peşə Liseyi 1974-cü ildə 92 saylı Texniki Peşə Məktəbi kimi fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 1996-cı il tarixli, 116 nömrəli qərarı ilə 92 nömrəli Texniki Peşə Məktəbinə lisey statusu verilmiş və təhsil müəssisəsi Xaçmaz Peşə Liseyi adlandırılmışdır.

2025-ci ilin may ayından etibarən Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən Xaçmaz Peşə Məktəbi ilə Xaçmaz Peşə Liseyi birləşdirilərək Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Mərkəz əsas və birinci olmaqla iki korpusdan ibarətdir.

Hazırda Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində 53 ixtisas qrupu fəaliyyət göstərir. Bu qruplarda ümumilikdə 890 nəfər tələbə təhsil alır. Onlardan 370 nəfər 3 illik, 432 nəfər 1 illik, 88 nəfər isə 2 illik təhsil proqramlarında iştirak edir.

3 illik proqramı bitirən məzunlara attestat və diplom, 1 illik proqramı bitirənlərə isə diplom təqdim olunur.

Təhsilini başa vuran məzunların 60 faizi ixtisaslarına uyğun olaraq müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olur.

Müqayisə üçün qeyd edək ki, 2025–2026-cı tədris ilində ümumilikdə 840 nəfərin qəbulu nəzərdə tutulmuşdu. İdarə, müəssisə və təşkilatlardan daxil olan təkliflər, eləcə də əmək bazarının kadr tələbatı nəzərə alınaraq, 2026–2027-ci tədris ilində bu göstəricinin 1200 nəfərə çatdırılması planlaşdırılır.

Cari tədris ilində ilk dəfə olaraq vətəndaş müraciətləri əsasında mərkəzdə “Bərbər-vizajist” ixtisası üzrə qısamüddətli (3 aylıq) kurs fəaliyyətə başlamışdır. Gələcəkdə müraciətlər əsasında digər ixtisaslar üzrə də qısamüddətli kursların təşkili nəzərdə tutulur.

Bununla yanaşı, növbəti tədris ilində yeni ixtisaslarla bərabər, 3 ixtisas qrupu üzrə tədrisin dual təhsil formasında təşkili planlaşdırılmışdır. Bu məqsədlə istehsalat təlimi dərslərinin müəssisələrdə keçirilməsi üçün müvafiq müəssisələrlə əməkdaşlıq müqavilələri bağlanmışdır.

Mərkəzdə Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Təşkilat üzvləri mərkəzdaxili tədbirlərlə yanaşı, rayon səviyyəsində keçirilən ictimai tədbirlərdə də fəal iştirak edirlər.

Cari ilin buraxılış sinif şagirdlərini peşə təhsili barədə məlumatlandırmaq və ixtisas seçiminə dəstək olmaq məqsədilə mərkəzin müəllimləri tərəfindən rayonun ümumtəhsil məktəblərində infoturlar təşkil edilmiş, bu tədbirlərdə 500 nəfərə yaxın şagird iştirak etmişdir.

Fəaliyyət Planına uyğun olaraq tədris ili ərzində əlamətdar tarixlər, bayramlar və xüsusi günlərlə bağlı keçirilən tədbirlər və hazırlanan paylaşımlar Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin rəsmi sosial media səhifələrində mütəmadi olaraq işıqlandırılmışdır.

Mühəndis-pedaqoji heyət

Hazırda mərkəzdə ümumilikdə 135 nəfər mühəndis-pedaqoji heyət fəaliyyət göstərir:

  • İnzibati idarə heyəti – 18 nəfər
  • Tədris-köməkçi və xidmətedici heyət – 17 nəfər
  • İxtisas fənləri müəllimləri – 23 nəfər
  • İstehsalat təlimi ustaları – 53 nəfər
  • Ümumtəhsil fənləri müəllimləri – 24 nəfər

Elçin Ağasıyev

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ağstafa, Qazax və Tovuzda gənclər arasında incəsənətin təbliğinə həsr olunmuş silsilə maarifləndirici tədbirlər keçirilib

Next

Leyla Rəhimova möhtəşəm konsert proqramı ilə çıxış etdi

Copyright 2026— Praqraf.com. All rights reserved