Son illərdə panik atak hallarında artım müşahidə olunur. Bir çox insan qəfil nəfəs darlığı, ürək döyüntüsünün sürətlənməsi, başgicəllənmə və güclü qorxu hissi ilə qarşılaşır. Əksər hallarda bu vəziyyət infarkt və ya ciddi fiziki problem kimi qəbul edilsə də, mütəxəssislər panik atakın əsasən psixoloji səbəblərlə bağlı olduğunu bildirirlər. Panik atak insanın gündəlik həyat keyfiyyətinə təsir göstərərək sosial və emosional vəziyyətini çətinləşdirə bilər.
Tibb üzrə ekspert Aydın Əliyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, panik atak keçirən şəxs vaxtında həkimə müraciət etməlidir:

“Xəstə həkimin tövsiyələrinə əməl etməlidir. İnsan öz diaqnozunu bildikdən sonra hansı halda özünü daha yaxşı hiss etdiyini müəyyənləşdirib həmin hissləri özündə yaratmağa çalışmalıdır. Yəni xəstə müalicəsinə inandıqda, həkimin yazdığı dərmanlar və tövsiyələr daha effektiv nəticə verir. Əgər panik atak keçirən şəxsdə sağalacağına inam yoxdursa, bu zaman problemin həlli daha çətin ola bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
