20 Okt 2026, Ça

Xaçmazda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb

PAYLAŞIN:

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com-un məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Qobuqıraq kəndində qeydə alınıb.

“VAZ” markalı minik avtomobili 1966-cı il təvəllüdlü T.Məmədovu vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanılıb.

 

Paraqraf.com 

Loading