20 Okt 2026, Ça

Sabirabadda zəncirvari yol qəzasında 8 nəfər xəsarət alıb

PAYLAŞIN:

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Paraqraf.com-un məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət və daha iki nəfər xəsarət alıb.

Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlunun həyatını isə xilas etmək mümkün olmayıb.

Xəsarət alanlar Şirvan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading