Skip to content
19 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 17
  • Natiq Cəfərli: “Avropa 3–4%, Azərbaycan isə 20% kredit faizi ilə yaşayır”

Natiq Cəfərli: “Avropa 3–4%, Azərbaycan isə 20% kredit faizi ilə yaşayır”

admin 17 Mart 2026 2 minutes read
6f34cd0e-5bff-493d-b885-76889b64f56a
PAYLAŞIN:

Son illərdə kreditlər bir çox insan üçün gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar ev almaq, biznes qurmaq, təhsil xərclərini ödəmək və ya sadəcə gündəlik ehtiyaclarını qarşılamaq üçün banklara müraciət edirlər. Bank sektorunun inkişafı və kreditlərin daha əlçatan olması bu prosesi daha da sürətləndirib.

Lakin kreditlərin geniş yayılması ilə yanaşı, başqa bir problem də gündəmə gəlir. Bəzi vətəndaşlar borclarını ödəməkdə çətinlik çəkir, yeni kredit götürərək əvvəlki borclarını bağlamağa çalışırlar. Bu isə insanları getdikcə daha böyük maliyyə yükü ilə üz-üzə qoyur.

Maraqlıdır, kreditlərin bu qədər geniş yayılması cəmiyyət üçün normal iqtisadi prosesdir, yoxsa getdikcə təhlükəli bir asılılığa çevrilir?

İqtisadçı Natiq Cəfərli “Paraqraf.com”a bildirib ki, kreditlərin geniş yayılması Azərbaycanda təəccüblə qarşılanır:

“Dünya uzun illərdir ki, kreditlər hesabına yaşamağa öyrəşib. Azərbaycanda problem ondadır ki, kredit faizləri çox yüksəkdir. Buna görə də insanlar götürdükləri krediti digər bankla ödəməyə məcbur qalırlar. Amma kreditə pul götürən varsa, demək pul qazanan da var. Ona görə də bu, böyük problem deyil. Amerika və Avropada kredit faizləri 3-4%-dir. Lakin Azərbaycanda isə istehlak kreditləri 20%-ə yaxındır”.


Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: 6 Milyon və 70 Milyon: İkinci Dünya Müharibəsinin yaddaş siyasətinə müqayisəli baxış
Next: Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

OXŞAR MÖVZULAR

9dbdd4d2-55f6-4366-a7a7-c8a2bc31d1fe

Razi Abbasbəyli: “20%-dən yuxarı kredit faizləri Azərbaycanda biznesin qarşısını kəsir”

admin 18 Mart 2026
0df8d121-5968-44c6-ba8d-ae294b7836c4

Ruslan Atakişiyev: “Onlayn kreditlər rahatdır, amma yüksək faiz riski dəyişməz qalır”

admin 18 Mart 2026
8aceab5f-6005-4f9d-a3bb-dc4d882d0199

Əli Mustafa: “Yaxın Şərqdə alovlanan qarşıdurma qlobal savaşa çevrilə bilər”

admin 18 Mart 2026

XƏBƏR LENTİ

Razi Abbasbəyli: “20%-dən yuxarı kredit faizləri Azərbaycanda biznesin qarşısını kəsir” 9dbdd4d2-55f6-4366-a7a7-c8a2bc31d1fe

Razi Abbasbəyli: “20%-dən yuxarı kredit faizləri Azərbaycanda biznesin qarşısını kəsir”

18 Mart 2026
Ruslan Atakişiyev: “Onlayn kreditlər rahatdır, amma yüksək faiz riski dəyişməz qalır” 0df8d121-5968-44c6-ba8d-ae294b7836c4

Ruslan Atakişiyev: “Onlayn kreditlər rahatdır, amma yüksək faiz riski dəyişməz qalır”

18 Mart 2026
Əli Mustafa: “Yaxın Şərqdə alovlanan qarşıdurma qlobal savaşa çevrilə bilər” 8aceab5f-6005-4f9d-a3bb-dc4d882d0199

Əli Mustafa: “Yaxın Şərqdə alovlanan qarşıdurma qlobal savaşa çevrilə bilər”

18 Mart 2026
Tramp: ABŞ-nin Hörmüz boğazına ehtiyacı yoxdur LFUphGUqUGsyPALY6du6yjx4zgeOIdm10U3SxaxK_1200

Tramp: ABŞ-nin Hörmüz boğazına ehtiyacı yoxdur

18 Mart 2026
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar qiGvCjOk0Vznlr7jd93lQMx7a8Z42SalkGItSFN0_1200

Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar

18 Mart 2026
ABŞ kəşfiyyatı: İran 2025-ci il hücumlarından sonra zənginləşdirilmiş uran istehsalını bərpa etməyib mrdBAMJtTiJRTHy7sTvMSUI4hdxaztyqSzvMXccP_1200

ABŞ kəşfiyyatı: İran 2025-ci il hücumlarından sonra zənginləşdirilmiş uran istehsalını bərpa etməyib

18 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.