Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 103 min 614,61 ton həcmində neft məhsulları ixrac edib.
Paraqraf.com-un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 75 milyon 416 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi ötən il ilə müqayisədə 7,1 % az, dəyəri isə 52 % çoxdur.
Hesabat aylarında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 2,06 % olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.
Paraqraf.com
![]()
