Skip to content
12 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 12
  • Prezident: Beynəlxalq ictimaiyyət Ermənistanla münaqişədə Azərbaycana qarşı seçici yanaşma tətbiq edirdi

Prezident: Beynəlxalq ictimaiyyət Ermənistanla münaqişədə Azərbaycana qarşı seçici yanaşma tətbiq edirdi

admin 12 Mart 2026 2 minutes read
y3r5800M2hkgYz88nMGQBfv1QHDrGAQYp4cHY0QK_1200
PAYLAŞIN:

Beynəlxalq ictimaiyyət Ermənistanla münaqişənin nizamlanması məsələsində Azərbaycana qarşı seçici yanaşma tətbiq edirdi.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

“Biz beynəlxalq ictimaiyyətin kifayət qədər diqqət ayırmamasından və münaqişənin nizamlanması ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların seçici yanaşmasından əziyyət çəkirdik”, – o bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının (işğal olunmuş Azərbaycan ərazilərindən – red.) çıxarılmasını tələb edən qətnamələri demək olar ki, 30 il ərzində yalnız kağız üzərində qalması ilə üzləşmişdi.

“Bizim halımızda suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa edənə qədər uzun illər, demək olar ki, 30 il tələb olundu. Biz bunu BMT Nizamnaməsinə, özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəyə uyğun olaraq etdik”, – İlham Əliyev əlavə edib.

Prezident vurğulayıb ki, İkinci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatı zamanı Azərbaycana qarşı ittihamlarla çıxış edənlər uzağıgörənlik nümayiş etdirmir və qərəzli idilər: “Bizim addımlarımız beynəlxalq hüquqa tamamilə uyğun idi. Biz sülhə nail olmaq üçün güc tətbiq etdik. Və bu gün biz bunu nümayiş etdiririk. Bəzən məhz belə hərəkət etmək lazım gəlir. Xüsusilə haqlı olduğunuza tamamilə əmin olduğunuz zaman. O zaman sizə qarşı çıxan və maraqlarınıza zərər vurmağa çalışanlara məhəl qoymamaq lazımdır”.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İlham Əliyev: Azərbaycan həmişə təhlükəsizlik məsələlərinə böyük əhəmiyyət verib
Next: Azərbaycanda dilənçiliyə görə cəzalar tətbiq ediləcək

OXŞAR MÖVZULAR

IMG-20260312-WA0019

Siyasi şərhçi xəbərdarlıq edir: “Müharibə 1 ildən çox davam edə bilər”

admin 12 Mart 2026
IMG-20260312-WA0018

Əmrah Həsənli: “Onlayn təhsildə motivasiya və nəzarət problemi yaranır”

admin 12 Mart 2026
IMG-20260312-WA0006

Enerjidən siyasətə: “Avropa ilə Azərbaycanın münasibətləri yeni mərhələdə”

admin 12 Mart 2026

XƏBƏR LENTİ

Milli Ödəniş Sistemi vasitəsilə əməliyyatların ümumi dəyəri 11 %-ə yaxın artıb 0NpTdoYuf4s6L69uQHWumyPPNtTCzfjxI5i6mF94_1200

Milli Ödəniş Sistemi vasitəsilə əməliyyatların ümumi dəyəri 11 %-ə yaxın artıb

12 Mart 2026
Ani Ödənişlər Sistemi ilə əməliyyatların ümumi dəyəri 90 %-dən çox artıb Yl37SZdiEh7AoIwISzreOA5NoTM4gEeJgJQcwUye_1200

Ani Ödənişlər Sistemi ilə əməliyyatların ümumi dəyəri 90 %-dən çox artıb

12 Mart 2026
Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri 6 %-dən çox artıb DT69Uo0WSIIa4zKTAoOQvp5ObhS3DnOQFq1rbvp0_1200

Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri 6 %-dən çox artıb

12 Mart 2026
Siyasi şərhçi xəbərdarlıq edir: “Müharibə 1 ildən çox davam edə bilər” IMG-20260312-WA0019

Siyasi şərhçi xəbərdarlıq edir: “Müharibə 1 ildən çox davam edə bilər”

12 Mart 2026
Əmrah Həsənli: “Onlayn təhsildə motivasiya və nəzarət problemi yaranır” IMG-20260312-WA0018

Əmrah Həsənli: “Onlayn təhsildə motivasiya və nəzarət problemi yaranır”

12 Mart 2026
Qadın voleybolçular arasında Yüksək Liqada XVII turun son oyunları keçiriləcək pKwTUB2ypykd8olPdQH89Q6JOWTAccubZmRiMIyy_1200

Qadın voleybolçular arasında Yüksək Liqada XVII turun son oyunları keçiriləcək

12 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.