Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Prezident: Beynəlxalq ictimaiyyət Ermənistanla münaqişədə Azərbaycana qarşı seçici yanaşma tətbiq edirdi
MANŞET

Prezident: Beynəlxalq ictimaiyyət Ermənistanla münaqişədə Azərbaycana qarşı seçici yanaşma tətbiq edirdi

12 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Beynəlxalq ictimaiyyət Ermənistanla münaqişənin nizamlanması məsələsində Azərbaycana qarşı seçici yanaşma tətbiq edirdi.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

“Biz beynəlxalq ictimaiyyətin kifayət qədər diqqət ayırmamasından və münaqişənin nizamlanması ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların seçici yanaşmasından əziyyət çəkirdik”, – o bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının (işğal olunmuş Azərbaycan ərazilərindən – red.) çıxarılmasını tələb edən qətnamələri demək olar ki, 30 il ərzində yalnız kağız üzərində qalması ilə üzləşmişdi.

“Bizim halımızda suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa edənə qədər uzun illər, demək olar ki, 30 il tələb olundu. Biz bunu BMT Nizamnaməsinə, özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəyə uyğun olaraq etdik”, – İlham Əliyev əlavə edib.

Prezident vurğulayıb ki, İkinci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatı zamanı Azərbaycana qarşı ittihamlarla çıxış edənlər uzağıgörənlik nümayiş etdirmir və qərəzli idilər: “Bizim addımlarımız beynəlxalq hüquqa tamamilə uyğun idi. Biz sülhə nail olmaq üçün güc tətbiq etdik. Və bu gün biz bunu nümayiş etdiririk. Bəzən məhz belə hərəkət etmək lazım gəlir. Xüsusilə haqlı olduğunuza tamamilə əmin olduğunuz zaman. O zaman sizə qarşı çıxan və maraqlarınıza zərər vurmağa çalışanlara məhəl qoymamaq lazımdır”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev: Azərbaycan həmişə təhlükəsizlik məsələlərinə böyük əhəmiyyət verib

Next

Azərbaycanda dilənçiliyə görə cəzalar tətbiq ediləcək

Copyright 2026— Praqraf.com. All rights reserved