Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 5
  • Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

admin 05 Mart 2026 5 minutes read
036A5991-2048x1365
PAYLAŞIN:

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirilib.

Paraqraf.com xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasında “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı, Baku Media Mərkəzi və “Bu gün TV Media Qurumu”nun dəstəyi ilə ilk dəfə “Mərhəmət Gecəsi” adlı xeyriyyə tədbiri baş tutub.

Tədbirdə nazirliklərin və dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, QHT sədrləri, özəl şirkət rəhbərləri, incəsənət xadimləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycanın hər zaman tarix boyu mərhəmətli insanları, xeyriyyəçilik missiyası həyata keçirən şəxsiyyətləri olub. Onlar öz xoş əməlləri ilə tarix yazıblar –yaşayıblar, qurublar, yaradıblar. Belə insanlar heç zaman unudulmurlar, hər zaman sevgi və ehtiramla anılırlar. Bu gün həssas qrupdan olan uşaqların sevgiyə, qayğıya, mərhəmətə daha çox ehtiyacları var. Bu barədə “Ümid Yeri” Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimli tədbirdə çıxış edərkən danışıb. Mərhəmətin yoluxucu olduğunu, paylaşıldıqca artdığını vurğulayıb.

“Nə yaxşı ki, bu gün dünya mərhəmətli insanlardan xali deyil. Onlar qocaları, ahılları, tənha insanları, xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqları heç zaman tək qoymur, təmənnasız sevgi və qayğıları ilə əhatə edirlər. Bu gün bu tədbirin təşəbbüskarı və təşkilatçısı olan “Ümid yeri” Uşaq sığınacağının sakinləri də belə mərhəmətli insanların qayğısı ilə əhatələniblər”– deyə, Nigar Mənsimli çıxışında bildirib.

Sonra Nigar Mənsimli layihənin icraçıları – Əməkdar jurnalist, tədbir təşkilatçısı Elnarə Dərziyeva ilə şair, qiraət ustası, aparıcı Səbuhi Zamanı səhnəyə dəvət edərək, minnətdarlığını bildirib, onlara təşəkkürnamələr təqdim edib.

Tədbir çərçivəsində həyata keçirilən konsert proqramında “Ümid Yeri” Uşaq Sığınacağının valideyn himayəsindən məhrum uşaqları, əlilliyi olan, görmə məhdudiyyətli, autizmli yeniyetmələrin iştirakı ilə yoqa, rəqs və musiqi nömrələri ifa olunub, səhnəciklər nümayiş etdirilib.

Orkestrin müşayəti ilə H.Əliyev Fondunun vitse-prezidenti, mərhəməti ilə hər zaman örnək olan Leyla xanım Əliyevaya həsr olunan yeni bəstə ictimayyətə təqdim edilib.

Layihədə öz benefisiarları və tələbələri ilə iştirak edən DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzi, Bakı Media Mərkəzi, Azərbaycan Dövlət Musiqili Akademik Teatrı, Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyası, “Theraplay” psixologiya və nitq inkişafı mərkəzi, quruluşçu rejissor Samir Qulamov, telejurnalist, ssenarist Minarə Xəlilova və Mədəniyyət televiziyasının redaktoru, prodüser Vüsalə İsmayılova, bəstəkar Sevinc Tofiqqızı, yoqa təlimçisi İlhamə Şirinova, rəssam Ramal Kazımov və müğənni Dilarə Kazımova təşəkkürnamələrə layiq görülüblər.

Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri millət vəkili Əziz Ələkbərli və millət vəkili Vüqar İskəndərli də iştirak ediblər. Türk Ağsaqqaları İctimai Birliyinin Gənclər Şurasının sədr müavini Müşfiq Nəsirliyə tədbirin konüllülərlə təşkilində dəstəyə görə minnətdarlıq ifadə olunub.

Gecədə korporativ sosial məsuliyyətini dərk edən, davamlı xeyriyyə missiyaları gerçəkləşdirən “Snerjipro” şirkətinin rəhbəri Ufuk Aydın və “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Osman Karakuş ”Mərhəmət elçisi” mükafatına layiq görülüblər. Bununla yanaşı, gecənin ərsəyə gəlməsindədəstək olan “Ziraat Bank Azərbaycan”, “GL Group”, “Zenith Group” və xeyriyyəçi xanım Anna Çerkasovaya mərhəməti əks etdirən rəsmlər təqdim olunub.

Tədbirdə gənc və istedadlı rəssam-memar, Azərbaycan Memarlar və Rəssamlar İttifaqının, UNESCO Beynəlxalq Rəssamlar Birliyinin üzvü, Prezident təqaüdçüsü İsmayıl Hacıyevin və digər rəssamların  mərhəmət mövzusunda olan əsərləri sərgilənib.

Gecədə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli və millət vəkili Vüqar İskəndərov da iştirak ediblər.

 

Paraqraf.com 

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan Kuboku: “Turan Tovuz” yarımfinala yüksəldi
Next: “İdeal münasibət” illüziyası: Sosial şəbəkələr ailələri doğrudanmı dağıdır? – Psixoloqdan açıqlama

OXŞAR MÖVZULAR

6YaUbFzLgGoZ778K1YGmXA7XSpP866Dj4M7yhypk_1200

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

admin 02 Mart 2026
WhatsApp Image 2026-02-27 at 11.22.02

“Addım-addım vətəndə” layihəsi Gəncədə+FOTOLAR

admin 27 Fevral 2026
a1jpg-1772113446

Haaqanın baş kilsəsində Xocalı soyqırımı qurbanları yad edilib – FOTO

admin 26 Fevral 2026

XƏBƏR LENTİ

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb 5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

07 Mart 2026
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.