Sumqayıt şəhərində qatar “KamAz”la toqquşub.
Paraqraf.com-un məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində baş verib.
Hərəkətdə olan qatarla “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində aşan maşına ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
