Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 23
  • Universitetlərdə 90 dəqiqəlik dərslər ləğv olunur? – Ekspertdən sensasion açıqlama

Universitetlərdə 90 dəqiqəlik dərslər ləğv olunur? – Ekspertdən sensasion açıqlama

admin 23 Fevral 2026 5 minutes read
WhatsApp Image 2026-02-23 at 14.51.50
PAYLAŞIN:

Azərbaycan universitetlərində dərs saatının müddəti bəzi ali təhsil müəssisələrində 90 dəqiqə, bəzilərində isə 80 dəqiqədir. Lakin müəllim və tələbələrin fikirlərinə görə, dərsin ilk bir saatından sonra tələbələrin diqqəti azalır və onlar müəllimi effektiv şəkildə dinləyə bilmirlər. Yorğunluq və diqqət dağınıqlığı tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən bəzi müəllimlər dərs saatının minimum 60 dəqiqəyə endirilməsini təklif edirlər.

Xüsusilə ABŞ və Kanada universitetlərində dərslər əsasən 60–75 dəqiqə arasında tədris olunur. Avropa və Türkiyədə isə dərs müddəti adətən 55–70 dəqiqə arasında dəyişir, bəzi hallarda 80 dəqiqəlik dərslər də təşkil olunur. Azərbaycanda isə mühazirə və seminar dərsləri sovet dövründən qalan ənənəyə uyğun olaraq 90 dəqiqə tədris edilir.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Paraqraf.com”a bildirib ki, təhsil sistemində dərs saatının müddəti sadəcə texniki məsələ deyil:

Əmrah Həsənli: "Yeni dərs ili milli tərəqqimizin və ...

“Bu həm pedaqoji yanaşma, həm də idarəetmə fəlsəfəsinin göstəricisidir. Azərbaycanda bir çox ali məktəblərdə 90 dəqiqəlik dərs modelinin qalması əsasən sovet dövründən formalaşmış akademik strukturun davamıdır. Həmin model auditoriya əsaslı, müəllim mərkəzli və informasiyanın ötürülməsinə söykənən tədris fəlsəfəsinə uyğun idi. Əsas məqsəd bilik ötürmək idi, interaktivlik və tələbə fəallığı isə ikinci planda qalırdı.

Bu gün isə vəziyyət dəyişib. Müasir pedaqogika göstərir ki, insan beyninin yüksək konsentrasiya intervalı orta hesabla 20–25 dəqiqədir. Bir saatdan sonra diqqətin azalması təbiidir. Əgər 90 dəqiqəlik dərs fasiləsiz, monoloq formasında keçərsə, effektivlik qaçılmaz olaraq azalır. Lakin eyni 90 dəqiqə düzgün strukturlaşdırılarsa – məsələn, müzakirə, qrup işi, təqdimat və refleksiya mərhələlərinə bölünərsə – məhsuldarlıq qoruna bilər. Problem müddətdən çox, metodologiyadadır”.

Əmrah Həsənli qeyd edib ki, bəzi universitetlərdə dərs saatlarının uzun saxlanılmasının səbəbi təşkilati və inzibati rahatlıqdır:

“Cədvəlin optimallaşdırılması, auditoriya çatışmazlığı, müəllim yükünün hesablanması kimi amillər də rol oynayır. 90 dəqiqəlik blok dərslər universitet rəhbərliyi üçün planlaşdırma baxımından daha rahat görünür. Kredit sisteminə keçid olsa da, bəzi struktur elementlər hələ də köhnə yanaşmanın izlərini daşıyır.

ABŞ və Kanadada dərslərin 60–75 dəqiqə arasında təşkili, məsələn Harvard University və University of Toronto kimi universitetlərdə tətbiq olunan model, daha çevik və tələbəyönümlü tədris fəlsəfəsinə əsaslanır. Orada dərs saatı ilə yanaşı, tələbənin müstəqil işi, onlayn platformalar üzərindən öyrənmə və davamlı qiymətləndirmə mexanizmləri daha güclüdür. Yəni auditoriyada keçirilən vaxt ümumi öyrənmə prosesinin yalnız bir hissəsidir.

Azərbaycanda isə hələ də auditoriya saatı əsas ölçü vahidi kimi qəbul edilir. Bu səbəbdən dərs saatının çox olması bəzən keyfiyyət göstəricisi kimi yanlış anlaşılır. Halbuki əsas sual budur: tələbə həmin vaxt ərzində nə qədər aktivdir, nə qədər düşünür və nə qədər tətbiq edir?”

Ekspert əlavə edib ki, məsələni sadəcə 90 dəqiqədən 60 dəqiqəyə endirməklə həll etmək mümkün deyil:

“Əgər metodika dəyişməzsə, 60 dəqiqəlik dərs də eyni problemləri yaradacaq. Əsas məsələ dərsin dizaynıdır. Biz müəllim mərkəzli modeldən tələbə mərkəzli modelə real keçidi təmin etməliyik. Bu transformasiya baş verərsə, dərs saatının optimal müddəti də daha elmi əsaslarla müəyyən edilə bilər.

Yəni problem vaxtın uzunluğu deyil, vaxtın necə istifadə olunmasıdır. Təhsildə keyfiyyət də məhz buradan başlayır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bir təbəssümlə başlayan böyük gələcək – VİDEO
Next: Restoranda gizli ödəniş qalmaqalı – Antiinhisar Agentliyindən sərt xəbərdarlıq

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb 5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

07 Mart 2026
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.