Ukraynaya hərbi dəstəklə bağlı gizli qalmış acı həqiqətlər üzə çıxıb.
Paraqraf.com xəbər verir ki, Pentaqonun Kəşfiyyat İdarəsinin hazırladığı son məruzədə qeyd olunur ki, son iki il ərzində ABŞ-ın Kiyevə ayırdığı yardımın həcmi 40 dəfədən çox azalıb.
Böyük kəsinti Baydenin dövründə başlayıb
Hesabatda diqqətçəkən ən mühüm məqamlardan biri odur ki, yardımların kəskin şəkildə azaldılması prosesi Donald Trampın hakimiyyətə gəlişindən daha əvvəl – hələ Co Bayden administrasiyasının dövründə start götürüb. Bu, Vaşinqtonun Ukrayna strategiyasında ciddi dəyişiklik etdiyini göstərir.
Hazırkı Tramp administrasiyasının dönəmində isə ABŞ-ın yardımları artıq tamamilə kommersiya müstəvisinə keçib. İndi silahlar Ukraynaya yalnız pulla tədarük edilir və bu xərcləri əsasən Avropa ölkələri öz üzərinə götürür. ABŞ faktiki olaraq Ukrayna müharibəsinin maliyyə yükünü müttəfiqlərinin çiyninə qoyub.
Bu hesabat Ukrayna cəbhəsində silah çatışmazlığı fonunda Qərb koalisiyası daxilində ciddi müzakirələrə səbəb oub.
Paraqraf.com
![]()
