10 fevral 2026-cı il tarixində Bakı şəhəri Cəfər Cabbarlı adına 161 nömrəli tam orta ümumtəhsil məktəbində Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadası və Respublika Fənn Müsabiqələri üzrə məktəb turu təşkil olunub.
V–VII sinif şagirdlərini əhatə edən müsabiqənin keçirilməsində əsas məqsəd bilik və bacarıqları ilə fərqlənən, daha layiqli namizədlərin müəyyənləşdirilməsidir. Məktəb turunda müvafiq keçid balını toplayan şagirdlər növbəti mərhələ — rayon-şəhər turunda iştirak etmək hüququ qazanacaqlar.
Müsabiqədə iştirak edən bütün şagirdlərimizə uğurlar arzulayırıq!



![]()
Visited 28 times, 1 visit(s) today
