“Barselona” klubu futbolçusu Fermin Lopesə yeni müqavilə təklif etməyə hazırlaşır.
Paraqraf.com “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2031-ci ilin yayınadək uzatmaq niyyətindədir.
Onun hazırkı müqaviləsinin müddəti 2029-cu ildə başa çatır. Klub oyunçunun maaşının artırılmasına da razıdır.
Qeyd edək ki, Fermin Lopes cari mövsüm 24 oyunda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
