Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.
Paraqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri təyin edilib.
Qeyd edək ki, bu vəzifə əvvəllər ekologiya və təbii sərvətlər nazirinə həvalə olunmuşdu.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
