Tədqiqatçılar bildirirlər ki, gündəlik 30 dəqiqəlik gəzinti ürək-damar xəstəliklərinin riskini əhəmiyyətli dərəcədə azaldır. Araşdırmaya görə, müntəzəm fiziki fəaliyyət həm qan təzyiqini tənzimləyir, həm də xoşbəxtlik hormonlarının ifrazını artıraraq psixoloji sağlamlığı yaxşılaşdırır.
Paraqraf.com xəbər verir ki, mütəxəssislər, xüsusilə ofis işçilərinin hər saatda qısa gəzintilər etməsini tövsiyə edir. Bu həm əzələlərin rahatlamasına, həm də metabolizmin aktiv qalmasına kömək edir.
Həkimlər qeyd edirlər ki, sağlam həyat tərzi üçün fiziki fəaliyyət, balanslı qidalanma və kifayət qədər yuxu bir-birini tamamlayan vacib elementlərdir.
Ləman
Paraqraf.com
![]()
Visited 11 times, 1 visit(s) today
