Macarıstanın Baş naziri Viktor Orban sabah Türkiyəyə rəsmi səfər edəcək. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq. Baş nazirin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirakı nəzərdə tutulur.
Politoloq Zeynal Əmrəliyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, Macarıstan və Türkiyə arasındakı münasibətlər çox yüksək səviyyədədir:
.jpg)
“Macarıstan və Türkiyə arasında layihələrin həyata keçirilməsi gözləniləndir. İki ölkə arasında xüsusilə dağ-mədən sahəsində ciddi əməkdaşlıq mövcuddur. Son zamanlar Türkiyə Macarıstanın kənd təsərrüfatı sahəsindəki təcrübəsini də öyrənməyə çalışır. Türkiyə və Macarıstan arasında turizm sahəsində də geniş əməkdaşlıqlar var”.
Politoloq əlavə edib ki, Budapeşt və Ankara həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli əlaqələr səviyyəsində əməkdaşlıq edirlər:
“Bu, tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.
O qeyd edib ki, Viktor Orban və Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq münasibətləri Macarıstan və Türkiyənin daha da yaxınlaşmasına səbəb olacaq:
“Eyni zamanda, bu, Macarıstanın Türk Dövlətləri Təşkilatına daha çox inteqrasiyasına gətirib çıxaran bir addımdır. Türkiyə–Macarıstan əlaqələri istər siyasi, istər iqtisadi, istərsə də diplomatik müstəvidə davam edəcək. Gələcəkdə isə Macarıstan Türkiyənin hərbi-sənaye sahəsində də Türkiyə ilə əməkdaşlıq edə bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
