Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Politoloq: “Macarıstan Türkiyənin hərbi-sənaye sahəsində də Türkiyə ilə əməkdaşlıq edə bilər”
MANŞETSİYASƏT

Politoloq: “Macarıstan Türkiyənin hərbi-sənaye sahəsində də Türkiyə ilə əməkdaşlıq edə bilər”

08 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Macarıstanın Baş naziri Viktor Orban sabah Türkiyəyə rəsmi səfər edəcək. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq. Baş nazirin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirakı nəzərdə tutulur.

Politoloq Zeynal Əmrəliyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, Macarıstan və Türkiyə arasındakı münasibətlər çox yüksək səviyyədədir:

Zeynal Əmrəliyev: “Azərbaycan-İran münasibətlərində müsbətə ...

“Macarıstan və Türkiyə arasında layihələrin həyata keçirilməsi gözləniləndir. İki ölkə arasında xüsusilə dağ-mədən sahəsində ciddi əməkdaşlıq mövcuddur. Son zamanlar Türkiyə Macarıstanın kənd təsərrüfatı sahəsindəki təcrübəsini də öyrənməyə çalışır. Türkiyə və Macarıstan arasında turizm sahəsində də geniş əməkdaşlıqlar var”.

Politoloq əlavə edib ki, Budapeşt və Ankara həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli əlaqələr səviyyəsində əməkdaşlıq edirlər:

“Bu, tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

O qeyd edib ki, Viktor Orban və Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq münasibətləri Macarıstan və Türkiyənin daha da yaxınlaşmasına səbəb olacaq:

“Eyni zamanda, bu, Macarıstanın Türk Dövlətləri Təşkilatına daha çox inteqrasiyasına gətirib çıxaran bir addımdır. Türkiyə–Macarıstan əlaqələri istər siyasi, istər iqtisadi, istərsə də diplomatik müstəvidə davam edəcək. Gələcəkdə isə Macarıstan Türkiyənin hərbi-sənaye sahəsində də Türkiyə ilə əməkdaşlıq edə bilər”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Aynadakı özümlə söhbət – bir almanın iki üzü, yoxsa…

Next

Haqsız ittihamın ağrısı və mərhəmətin qalibiyyəti

Copyright 2026— Praqraf.com. All rights reserved