Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 6
  • Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə bağlı konfrans başa çatdı

Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə bağlı konfrans başa çatdı

admin 06 Dekabr 2025 4 minutes read
djdjdjdj
PAYLAŞIN:

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə keçirilən “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib.

Paraqraf.com xəbər verir ki, konfrans iştirakçılarından ibarət nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın prezidenti İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva və digər tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsini anıblar.

Tədbir çərçivəsində Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzinin açılışı olub.

Mərkəzdə “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgiyə baxış olub. Akademik və ensiklopedik nəşrlərin üstünlük təşkil etdiyi sərgidə alimin həyat və elmi fəaliyyətini özündə əks etdirən və məqalələrindən ibarət 4 dildə – Azərbaycan, rus, ingilis və macar dillərində kitablar, jurnallar, eyni zamanda qəzet materialları yer alır.

Tədbir iştirakçıları mərkəzdə fəaliyyət göstərən laboratoriyalarla tanış olub və həyata keçirilən təcrübələri izləyiblər.

Universitetin Konservatoriya binasında davam etdirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq bildirib ki, görkəmli kimyaçı alim, dünyaşöhrətli akademik Yusif Məmmədəliyevin miras qoyduğu elmi ənənələr bugünkü tədqiqatçılar üçün də mühüm mayakdır. Bu mayak yüzlərlə elm adamının yoluna işıq saçıb. Ümummilli Lider Heydər Əliyevin yüksək dəyər verdiyi Yusif Məmmədəliyev irsi bu gün Naxçıvan Dövlət Universitetində də ətraflı tədqiq olunur, gənc nəslə aşılanır.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tədbirin yalnız bir alimin xatirəsinə ehtiram deyil, həm də Azərbaycan elminin keçdiyi böyük inkişaf yoluna nəzər salmaq, Yusif Məmmədəliyevin elm tariximizə etdiyi töhfələri yeni nəslə daha dərindən çatdırmaq məqsədi daşıdığını qeyd edib.

Vurğulanıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda elmin və təhsilin modernləşdirilməsi, tədqiqat mühitinin gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi, gənc mütəxəssis hazırlığının keyfiyyətinin artırılması strateji hədəflər kimi göstərilib. Həyata keçiriləcək layihələr ölkəmizin gələcək nəsil alimlərinin formalaşmasına, innovasiya mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə geniş perspektivlər açacaq.

Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında “Akademik Yusif Məmmədəliyevin ən çox dinlədiyi və sevdiyi mahnılar” adlı konsert proqramı təqdim edilib.

Sonra Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyi ziyarət edilib. Qonaqlara dünya şöhrətli kimyaçı alimin həyat və fəaliyyətini əks etdirən fotolar, şəxsi əşyalar, elmi yaradıcılıq nümunələri və digər dəyərli eksponatlar barədə məlumat verilib.

Konfrans bununla da öz işini yekunlaşdırıb.

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan çayı beynəlxalq AVPA müsabiqəsində iki mükafat alıb
Next: Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

OXŞAR MÖVZULAR

036A5991-2048x1365

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

admin 05 Mart 2026
6YaUbFzLgGoZ778K1YGmXA7XSpP866Dj4M7yhypk_1200

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

admin 02 Mart 2026
WhatsApp Image 2026-02-27 at 11.22.02

“Addım-addım vətəndə” layihəsi Gəncədə+FOTOLAR

admin 27 Fevral 2026

XƏBƏR LENTİ

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib 8eca38e4-fd62-39a3-b3f6-6ed55007d571_1200 (1)

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.