Binəqədi rayonunda yerləşən sığınacaqda ölüm hadisəsi baş verib.
Sosial şəbəkələrdə yayılan məlumata görə, hadisə noyabrın 19-u saat 12 radələrində Motodrom qəsəbəsində yerləşən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında qeydə alınıb.
Orada yaşayan, 2009-cu il təvəllüdlü Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova sığınacağın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb və nəticədə vəfat edib.
Sosioloq Mail Yaqub “Paraqraf.com”a bildirib ki, valideynlər bəzən valideynlik məsuliyyətini dərk etmirlər:

“Uşağına sevgisi yoxdur. Maddi sıxıntılar, sosial problemlər və s. bəhanədir. Bəzi ailələrdə maddi çətinliklər çox olsa da, valideynlər uşaqlarını sevirlər. Bu, mənəviyyat məsələsidir”.
O əlavə edib ki, valideynlərə düzgün izah olunmalıdır ki, uşağı sevmək əsas şərtdir:
“Valideyn olmaq bir bacarıqdır. Bunu öyrənmək lazımdır. Valideyn olmaq – uşağa qayğı və sevgi göstərməkdir. Bəzi valideynlər isə bunları başa düşmürlər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
