Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 11
  • Lənkəranda “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçilirilib

Lənkəranda “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçilirilib

admin 11 Oktyabr 2025 4 minutes read
962105bc-850a-450a-8f60-eceda7cd68cc
PAYLAŞIN:

2025-ci ilin 10 oktyabrında Lənkəranda Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən ərsəyə gətirilən “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçilirilib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycanın milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.

Lənkəran Dövlət Universitetində keçirilən təqdimat mərasimində Tahir Əmiraslanov bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində ərsəyə gətirilən kitab 208 səhifədən ibarət, nəşrdə 85 mənbədən istifadə etməklə, 1884-cü ildə İrəvanda doğulmuş, 1913-1922-ci illərdə İrəvanda yemək və şirniyyat dükanının sahibi usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilmişdir. Nəticədə, 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, miniatürlər, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığında rəssam Nigar Əliyevanın rəsm əsəri əks olunub. Kitab həm alimlər həm tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir.

“XIX əsr İrəvan mətbəxi” kitabı həm də İrəvandakı Tarixi varlığımızın bir sübutudur.

Kitaba ön söz Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Xanım Aygün Əliyeva tərəfindən yazılıb.

Rəyçilər: Texnika Elmlər doktoru, professor, LDU-nun rektorunun müşaviri Mikayıl Məhərrrəmov, AMEA-nın Tarix və Etnologiya İnstitunun “Tarixi Etnalogiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoloq İlhamə Məmmədova və “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri t.ü.f.d. dosent Cəbi Bəhrəmovdur.

Tədbirdə çıxış etdilər:

LDU-nun tədris məsələləri üzrə prorektoru Zaur müəllim Məmmədov tədbiri açdı

Kitabın müəllifi əməkdar mədəniyyət işçisi T.Ü.F.D Tahir Əmiraslanov geniş məruzə ilə çıxış etdi

AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin direktoru, filalogiya ü.f.d. dosent Mehman Qaraxanoğlu kitabı müsbət dəyərləndirdi, Milli mətbəxlərin tədqiqatlarında dilçiliyin və folklor elementlərinin təhlilinin vacib rol oynadığını söylədi

LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, t.ü.f.d dosent Kamal Mahmudov kitabın tarixi -siyasi əhəmiyyətini, mənbə kimi vacibliyini söylədi və kitabın tarixi etnoloji təhlilini açıqladı.

Tədbirdə bəzi rəsm əsərləri təqdim edilən kitabın səhifələrində yer almış Lənkəranlı rəssam Təhmasib Məcidovun rəsmlərindən ibarət sərgi də qonaqlar üçün böyük maraq kəsb etdi

Tədbirdə 120 nəfər alim, mütəxəsis və tələbə , Regional Mədəniyyət idarəsi də iştirak edirdi.

Sonda kitabların imzalanma mərasimi keçirildi .

Qaxağıstandan gələn 2 tələbəyə də hədiyyə olaraq kitab təqdim edildi.

LDU-nun rəhbərliyinə , tədbirin yüksək səviyyəli təşkilində rolu olan hər bir kəsə AMKA dərin təşəkkürlərini ifadə edir.

Türkanə Səfərova
Paraqraf.com

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Gənclərin sosial mediaya asılılığı və psixoloji təsirləri
Next: Rural və şəhər məktəbləri arasında keyfiyyət fərqləri: çıxış yolları və təkliflər

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.