Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 9
  • Gün ərzində yuxusuzluğa çarə olan 5 qida

Gün ərzində yuxusuzluğa çarə olan 5 qida

admin 09 Oktyabr 2025 4 minutes read
1710477450_yuxu_esnemek_1759951752
PAYLAŞIN:

Gün ərzində yuxulu hiss etməyimiz bəzən gecə necə yatmağımızla bağlı olmur. Əslində, qəbul etdiyiniz qidalar da bu vəziyyətdə mühüm rol oynayır. Qidalar yalnız enerji mənbəyi deyil, həm də fəaliyyət və məhsuldarlığın əsas tənzimləyicisidir. Rafinə karbohidratlarla zəngin qidalanma rejimi qan şəkərini sürətlə qaldırıb endirərək sizi halsız və yorğun sala bilər. Dəmir və vitamin çatışmazlığı olan bir pəhriz isə bədəndə oksigen dövranını azaldaraq yorğunluğa səbəb ola bilər.

Paraqraf.com Qaynarinfo-ya istinadən xəbər verir ki, gün ərzində yorğunluğunuzu aradan qaldıran, vitamin və qida balansınızı qoruyan qidaların siyahısını təqdim edir:

İspanaq

Orqanizmdə dəmir çatışmazlığı yorğunluq və yuxululuğun ən yayılmış səbəblərindəndir və qanazlığına gətirib çıxara bilər. Bu çatışmazlığı aradan qaldırmaq üçün ən yaxşı qidalardan biri ispanaqdır. Çox vaxt “super tərəvəz” adlandırılan ispanaq həm dəmir, həm də maqnezium baxımından zəngindir. İspanağı rasionunuza daxil etmək sizi bir anda gücləndirməsə də, salatlara, şorbalara və ya omletlərə əlavə etmək gün ərzində yuxululuğu azalda bilər.

Mərcimək

Fol turşusu (B9 vitamini) çatışmazlığı da yorğunluğa səbəb olur və bu problemi aradan qaldırmaqda mərcimək kömək edə bilər. Mərcimək fol turşusu ilə zəngin olan ən yaxşı qidalardan biridir. Zülalla da zəngin olan bu xırda dənələr həm ucuz, həm də asan əldə ediləndir. Yeməklərə və salatlara mərcimək əlavə etmək, həmçinin qovrulmuş şəkildə qəlyanaltı kimi yemək enerjini artırmağı yaxşı üsuludur.

Balqabaq tumu

Balqabaq tumu kiçik olsa da, çox faydalıdır. Bu tumlar maqnezium, sink və sağlam yağlarla zəngindir. Sink immun sisteminin fəaliyyətini gücləndirir, maqnezium isə yorğunluq və stressin azaldılmasında mühüm rol oynayır. Elmi tədqiqatlar maqneziumun yuxu keyfiyyətini yaxşılaşdırdığını göstərir.Bir ovuc qovrulmuş balqabaq tumunu qəlyanaltıda yemək və ya qatıq, yulaf və saatların üzərinə səpmək gündəlik qəbul üçün kifayətdir.

Banan

Banan şəkər və lifin ideal birləşməsidir. Bu nisbət, rafinə şəkərlərin yaratdığı ani enerji çöküşü olmadan, bədən üçün davamlı enerji mənbəyi yaradır. Kalium çatışmazlığı da halsızlıq və əzələ zəifliyinə səbəb olur. Banan kaliumla zəngindir və sinir, əzələ fəaliyyətini dəstəkləyir. Diabet və xroniki böyrək xəstəliyi olan şəxslərə isə bananı məhdud miqdarda qəbul etmək tövsiyə olunur.

Yağlı balıqlar

B12 vitamini çatışmazlığı insanın özünü daim yorğun və yuxusuz hiss etməsinə səbəb ola bilər. “Beyin qidası” adlandırılan yağlı balıqlar B12 vitamini ilə zəngindir. Bu vitamin bədəndə qırmızı qan hüceyrələrinin yaranmasını və oksigen daşınmasını təmin edir. Həftədə iki dəfə yağlı balıq yemək B12 çatışmazlığından qaynaqlanan yorğunluğu azaldaraq əhvalı və oyanıqlığı artırır. Bu balıqları qızartmadan, közdə, sobada və ya buxarda bişirmək ən sağlam üsullardandır.

Unutmamalıyıq ki, bədəndə qida, vitamin və mineral çatışmazlığı yuxululuq və halsızlığa səbəb olur. İspanaq, mərcimək, balqabaq tumu, banan və yağlı balıqlar kimi qida baxımından zəngin məhsullar qan dövranını yaxşılaşdırır, qan şəkərini sabit saxlayır və beyin funksiyalarını dəstəkləyir.

Bu cür balanslı qidalanma nəticəsində insan gün ərzində daha oyaq, diqqətli və məhsuldar qala bilər.

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ali Koç bu komandanı təbrik etdi
Next: Ronaldu Səudiyyə Ərəbistanında kosmetoloji klinika açıb

OXŞAR MÖVZULAR

17698457441375877346697db3f079a83

Beyin ölümü: Bütün meyitlərdən orqan köçürmək mümkündürmü?

admin 31 Yanvar 2026
697dcae3be27c697dcae3be27d1769851619a06ab786a91784eeabf9f9c9cd5944c1

İki ildə Azərbaycanda 11 min açıq ürək əməliyyatı icra olunub

admin 31 Yanvar 2026
o4O8sqiGoCVPv3SIlCZnmDG4ZhnpeAfr0HiQ7JCC_1200

Yeni araşdırma: Gündəlik gəzinti sağlamlıq üçün həyati əhəmiyyət daşıyır

admin 11 Yanvar 2026

XƏBƏR LENTİ

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200 (1)

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

07 Mart 2026
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib 5Rh6HwQ79urz2pnYTk3TrrtmBjk7Qth93GtpEyJR_1200

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026
Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

07 Mart 2026
İranda 4,1 maqnitudada zəlzələ olub 5ddac09f-4744-3b51-a81b-040f30e4066f_1200

İranda 4,1 maqnitudada zəlzələ olub

07 Mart 2026
Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb 46uC1DU9sVLfLiRVsEs1hRHUvKsiNolkvu4z3WZz_1200 (1)

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

07 Mart 2026
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib 8eca38e4-fd62-39a3-b3f6-6ed55007d571_1200 (1)

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.