Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 8
  • MƏHƏK DAŞI

MƏHƏK DAŞI

admin 08 Oktyabr 2025 4 minutes read
Изображение WhatsApp 2025-10-08 в 17.56.57_deb32625
PAYLAŞIN:

Döyüşün adı: Mən

Geri dönüb keçmişə baxıram…

Əvvəllər sadəcə yaşayıb keçdiyim günlər, bu gün mənə bir hekayə kimi görünür. İçində mübarizə var, dözüm var, yorğunluq, göz yaşı və susqunluqla çarpışan güc var. Və indi anlayıram – mən o hekayənin qəhrəmanından başqa bir şey olmamışam.

Bu günə qədər nə qədər güclü olduğumu indi görürəm. Bəlkə də əvvəlcə anlamamışdım – yorulmağa haqqım varmış, dərdimi bölüşməyə, bir çiyinə söykənməyə haqqım varmış… Və bəlkə də… bir az nəfəs almaq üçün hər şeydən, hamıdan bir müddət uzaq qalmağa da.

Yola baxıram.
Sonra təəccüblə bir daha dönüb o yola yenidən baxıram. Bu daşlı, enişli-yoxuşlu, bəzən işıqsız, bəzən nəfəs kəsən yolda necə yürümüşəm?! Hələ o kiçik, qorxaq, lakin dönməz addımlarımla…
Və anlayıram: bu yolu keçən mən olmuşam!
Hər çətinlikdə təkbaşına savaşan, hər tənha gecədə içindəki işığı qoruyan — mən!

Bir an canlanır gözümün önündə.
Ulduzların belə yolunu itirdiyi, qaranlığın ümidi boğduğu bir gecə… Soyuq yolun ortasında diz çöküb, titrəyən əllərlə göz yaşlarımı silirəm. Sakitcə özümü sakitləşdirirəm… Dərin bir nəfəs alıram və… əvvəl ümidimi, sonra özümü ayağa qaldırıram.

Çünki bu yol mənim yolumdur. Çünki geri dönmək seçim deyildi – irəli getmək məcburiyyət idi.

Özümü görürəm – döyüşən, sevməyə davam edən, öz dünyasının boşluqlarını özü dolduran bir “MƏN”…

İndi o halıma baxıram – yorğun, amma cəsur. Qəlbimdə bir istilik yaranır. Sanki içimdən gələn bir səs pıçıldayır:

“Bəsdir artıq… yetərincə çalışdın. Yetərincə döyüşdün. Hətta uduzduğun mübarizələr belə dəyərlidir. Çünki o məğlubiyyətlər səni böyütdü. Onlar sənin zəfər pillələrin oldu”.

İndi baxıram — sağalmış, bəlkə də hələ də qanayan yaralarıma.
Baxıram — qırılmış, amma yenidən bərpa edilmiş özümə.
Başı dik bir insan kimi dayanmışam. Əldə etdiyim hər şey — az və ya çox, acı və ya şirin — O Böyük Rəbbin mərhəməti və mənə bəxş etdiyi iradənin nəticəsidir.

O mənə yol göstərdi. Qaranlıqda işıq göndərdi. Mən isə o işığı söndürmədim.

Geri dönüb özümə pıçıldayıram:

“Döyüş, ey döyüşçüm, döyüş! Daha yaxşı olmaq üçün bu mübarizəni yarımçıq qoyma. Çünki sən bu dünyanın ən gözəlinə layiqsən. Və unutma — hər çətinliyin sonunda sən bir az daha sevilməyə, bir az daha dəyərli olmağa layiqsən. Yorulsan da, tükənsən də, ağlasan da… dayanma”.

“Unutma: Döyüşən uduza bilər, amma döyüşməyən onsuz da əvvəlcədən uduzmuşdu”.

Oqtay Oruc 

Azərbaycan Jurnalistlər İttifaqının üzvü

Loading

Visited 40 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sağlamlıq hər kəsin haqqıdır
Next: Sosial şəbəkələrin cəmiyyətə təsiri: informasiya bolluğu, yoxsa informasiya xaosu?

OXŞAR MÖVZULAR

6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026
17045b47-6174-3cb7-b9d5-2beef65c2369_1200

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.