19 Okt 2026, Be

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb

PAYLAŞIN:

Sumqayıtda avtomobil yanıb.

Paraqraf.com-un məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

Belə ki, yanan həmin ərazidə hərəkətdə olan “VAZ-2105” markalı minik avtomobili olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının başvermə səbəbi və hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

 

Paraqraf.com 

Loading