19 Okt 2026, Be

Camal Qamzatxanov Bakıda keçirilən mundialda bürünc medal üçün tatamiyə çıxacaq

PAYLAŞIN:

Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatınını yarımfinalında məğlub olub.

Paraqraf.com xəbər verir ki, o, bu mərhələdə rusiyalı İnal Tasoyevə uduzub.

C.Qamzatxanov bürünc medal uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Kənan Nəsibovla üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

 

Paraqraf.com

Loading