19 Okt 2026, Be

ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini yaxın vaxtlarda nizamlayacağına söz verib

PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanmasına nail olacağına ümid etdiyini bildirib.

Paraqraf.com xəbər verir ki, o, bu barədə Nyu-York ştatının Siraküz şəhərində tərəfdarları ilə görüşündə danışıb.

“İranla münaqişənin və Rusiya ilə Ukrayna arasındakı müharibənin nizamlanmasına və ya bu münaqişələrdə qələbə qazanmağa yaxınam”, – Tramp deyib.

ABŞ lideri Rusiya-Ukrayna münaqişəsinin qısa müddətdə həll ediləcəyinə əminliyini ifadə edib.

“Biz buna nail olacağıq. Rusiya və Ukrayna məsələsini həll edəcəyik, özü də tezliklə”, – ABŞ Prezidenti vurğulayıb.

 

Paraqraf.com 

Loading