19 Okt 2026, Be

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin doğum günüdür

PAYLAŞIN:

5 oktyabr Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” və Azərbaycan KİVİHİ-nin “Qızıl qələm” mükafatı laureatı, Milli Məclisin deputatı Əziz Ələkbərlinin doğum günüdür.

Əziz Ələkərlinin Qərbi Azərbaycan məsələsindəki xidmətləri uzun illərin ardıcıl və fədakar fəaliyyətinin nəticəsidir. O, Qaçqınlar Cəmiyyətinə rəhbərlik etdiyi dövrdən etibarən Qərbi azərbaycanlıların doğma yurdları, tarixi yaddaşı və pozulmuş hüquqları ilə bağlı məsələlərin gündəmdə saxlanılması istiqamətində böyük əmək sərf edib.

İllər ərzində göstərdiyi elmi, publisistik və ictimai fəaliyyətlə Qərbi Azərbaycanın tarixi, folkloru, toponimləri və mədəni irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində mühüm iz qoyub.

Hazırda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri kimi Əziz Ələkbərli Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdış hüququnun müdafiəsi, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və tarixi yaddaşımızın qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Qərbi Azərbaycan İcmasının bütün üzvləri adından hörmətli Əziz Ələkərlini doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq.

Hörmətli Əziz müəllimə Qərbi Azərbaycanın tarixi yaddaşının qorunması, həqiqətlərimizin dünyaya çatdırılması və soydaşlarımızın Qayıdış hüququ uğrunda göstərdiyi ardıcıl fəaliyyətə görə təşəkkürümüzü bildiririk.

Doğum gününüz mübarək!

 

Qasım Süleymanov

Qərbi Azərbaycan İcmasının böyük koordinatoru


Paraqraf.com

Loading