19 Okt 2026, Be

32 ildən sonra böyük görüş – “Turan Tovuz” “Fənərbağça” ilə üz-üzə gəldi

PAYLAŞIN:

Bu gün Azərbaycan futbolunun diqqəti Bakıya yönəlib. “Turan Tovuz” Türkiyənin köklü klublarından olan “Fənərbağça” ilə yoldaşlıq görüşündə qarşılaşır. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç saat 20:00-da başlayıb. Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadədir. Oyundan əldə olunacaq gəlir isə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Bu qarşılaşmanı adi yoxlama oyunu adlandırmaq çətindir. Çünki “Turan” və “Fənərbağça” bundan düz 32 il əvvəl – 1994-cü ildə UEFA Kubokunda qarşılaşıb. Həmin vaxt İstanbulda keçirilən ilk görüşdə “Fənərbağça” 5:0, Sumqayıtda baş tutan cavab matçında isə 2:0 hesabı ilə qalib gəlib. İndi isə iki klub uzun fasilədən sonra tamamilə fərqli dövrdə, bu dəfə dostluq görüşündə yenidən üz-üzə gəlir.

WhatsApp Image 2026-10-03 at 20.01.06 (1).jpeg (267 KB)

Matça marağın kifayət qədər böyük olduğu artıq satış rəqəmlərindən də görünür. Oktyabrın 1-də 20 mindən çox bilet satıldığı açıqlanmışdısa, oktyabrın 2-də bu rəqəmin 25 minə yaxınlaşdığı bildirilib.

“Fənərbağça”nın baş məşqçisi İsmail Kartal da Bakıda komandanın çoxsaylı azarkeş dəstəyi görəcəyini bildirib və eşitdiklərinə görə 22-23 min biletin “Fənər” tərəfdarları tərəfindən alındığını deyib.

Türkiyə təmsilçisi artıq Bakıdadır. “Fənərbağça”nı Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər böyük coşğu ilə qarşılayıblar. Klubun rəsmi yayımında da Azərbaycanın qardaş ölkə kimi xüsusi vurğulandığı görünür.

WhatsApp Image 2026-10-03 at 20.01.06.jpeg (286 KB)

İsmail Kartalın Bakıya səfərlə bağlı fikirləri də diqqət çəkib.

“Fənərbağça”nın baş məşqçisi qarşılaşmanın nəticəsinin onlar üçün əsas olmadığını, azarkeşlərə gözəl və yaddaqalan futbol nümayiş etdirmək istədiklərini bildirib. Kartal Azərbaycan-Türkiyə münasibətlərinə toxunaraq belə görüşlərin iki ölkənin futbolunun inkişafına töhfə verə biləcəyini və gələcəkdə ortaq turnirlərin təşkilinin mümkünlüyünü qeyd edib.

TOVUZ ON.jpeg (294 KB)

Qardaş klubun Bakıya səfəri yalnız futbol meydanı ilə də məhdudlaşmayıb. “Fənərbağça” nümayəndələri “Turan Tovuz” rəhbərliyi ilə birlikdə Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.

EYGUGn4RoRl4ATPpMwMx3AjJWjlIDeM2wrfCqkm0_1200.jpg (228 KB)

Bundan əvvəl isə iki klubun rəhbərliyi və nümayəndə heyətləri rəsmi şam yeməyində bir araya gəlib, xatirə hədiyyələri təqdim edib və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

WhatsApp Image 2026-10-03 at 20.01.07.jpeg (285 KB)

“Turan Tovuz” tərəfdarları üçün də bu görüş xüsusi hadisədir. Klub oyun münasibətilə Tovuzdan Bakıya azarkeş səfəri təşkil edib. “Qərb Ekspress” qatarı və avtobuslarla Bakıya gələn azarkeşlərə klub tərəfindən bilet və forma hədiyyə olunacağı açıqlanıb.

WhatsApp Image 2026-10-03 at 20.02.10.jpeg (124 KB)

Beləliklə, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda təkcə iki futbol komandası meydana çıxmayıb. 32 illik fasilədən sonra “Turan Tovuz” və “Fənərbağça” yenidən eyni meydandadır. Bir tərəfdə Azərbaycanın qərb bölgəsini təmsil edən “Turan”, digər tərəfdə Türkiyənin ənənəsi və böyük azarkeş kütləsi ilə seçilən “Fənər”. Üstəlik, bu dəfə mübarizənin nəticəsindən daha böyük bir məqsəd var, futbolun yaratdığı qardaşlıq atmosferi və Qarabağın dirçəldilməsinə töhfə…

WhatsApp Image 2026-10-03 at 20.02.09.jpeg (173 KB)

Paraqraf.com

Loading