19 Okt 2026, Be

“Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf”

PAYLAŞIN:

Məktəbəqədər təhsildə keyfiyyətli başlanğıc, müasir yanaşmalar və dayanıqlı inkişaf üçün bir araya gəlirik!

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” və Təhsil TV-nin media dəstəyi ilə “Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı tədbir keçiriləcək.

Tədbir çərçivəsində məktəbəqədər təhsildə keyfiyyətin təmin olunması, uşaqların inkişafını dəstəkləyən müasir yanaşmalar, təlim mühitinin formalaşdırılması və dayanıqlı inkişaf istiqamətində aktual məsələlər müzakirə olunacaq.

📍 Məkan: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (əsas korpus)
📅 Tarix: 3 oktyabr
🕙 Saat: 10:00

Qeydiyyat linki: https://forms.gle/Afipq6YkS3LUKS268

Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, məktəbəhazırlıq qruplarında tədris aparan ibtidai sinif müəllimləri, icma əsaslı məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçilərini bu dəyərli görüşə dəvət edirik.

Məktəbəqədər təhsildə keyfiyyətli başlanğıc, dayanıqlı gələcəyin təməlidir!

 

Paraqraf.com

Loading