19 Okt 2026, Be

Azərbaycanda DƏHŞƏTLİ qətl baş verdi

PAYLAŞIN:

Ağstafada qətl hadisəsi baş verib.

Paraqraf.com xəbər verir ki, hadisə rayonun parklarından birində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib. İlkin məlumata görə, R.İsmayılovu 1993-cü il təvəllüdlü Sabir Şükürov qətlə yetirməkdə şübhəli bilinir.

S.Şükürov keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb.

Loading