19 Okt 2026, Be

Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Zəfər Parkı ziyarət edilib – FOTOLAR

PAYLAŞIN:

44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti Bakı şəhərində yerləşən Zəfər Parkını ziyarət edib.

Ziyarət zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Xidmətin rəhbərliyi və şəxsi heyəti Zəfər Parkında 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidənin önünə gül dəstələri düzərək şəhidlərimizin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi daim ehtiramla anılacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Возможно, это изображение текст

Возможно, это изображение Могила неизвестного солдата в США

Возможно, это изображение текст

Loading