19 Okt 2026, Be

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb

PAYLAŞIN:

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com-un məlumatına görə, hadisə şəhərin Yaşıl Dərə yaşayış massivində qeydə alınıb.

Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Gülnarə Rafiq qızı Süleymanovanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.

Fakt üzrə araşdırma aparılır.

 

Paraqraf.com 

Loading