19 Okt 2026, Be

“Neftçi SOCAR” Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub

PAYLAŞIN:

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının 2026 mövsümünü ikinci pillədə başa vurub.

Bu barədə Paraqraf.com-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

“Ağ-qaralar” 672 xalla ümumi sıralamada ikinci olub.

Xatırladaq ki, “Neftçi SOCAR” mövsüm ərzində ümumilikdə 12 mərhələdə iştirak edib. Komanda Orlean və Marsel mərhələlərinin qalibi olub.

 

Paraqraf.com 

Loading